• bild1.jpg
  • bild2.jpg
  • bild4.jpg
Uşaqların milli pasporta qeyd olunması qaydaları

Uşaqların milli pasporta qeyd olunması üçün aşağıda göstərilən sənədləri təqdim etmək lazımdır:

  1. Ərizə (kimin pasportuna qeyd ediləcəksə, onun adından);
  2. Pasporta qeyd olunan uşağın doğum haqqında şəhadətnaməsi (əgər şəhadətnəmə Almaniya VVAQ idarəsi tərəfindən verilmişsə, şəhadətnəmə alman dilindən azərbaycan dilinə tərcümə olunmalıdır)
  3. Uşağın 2 ədəd rəngli fotoşəkli (3,5 cm x 4,5 cm) (Şəkillər parlaq olmamalıdır. Əks halda sənədlər vətəndaşın ünvanına geri göndəriləcək.);
  4. Uşağın pasporta qeyd olunması üçün atanın və ya ananın notariat orqanları tərəfindən təsdiq və tərcümə olunmuş razılıq kağızı (Einverständniserklärung für die Passeintragung);
  5. Uşağın qeyd olunacağı pasportun əsli.
  6. Qeyd olunan hər bir uşaq üçün 16,00 Avro məbləğində dövlət rüsumunu göstərilən bank hesabına keçirilməsi haqqında qəbzin əsli.

Sənədlərin səfirlik tərəfindən Sizə poçt vasitəsi ilə göndərilməsi üçün 3,50 Avro məbləğində poçt markası və üzərində ünvanınız yazılmış zərf.

 
Copyright © 2013 azembassy.de. Alle Rechte vorbehalten.