* * *
| Qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi |
|
Qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi verilməsi üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır: Azərbaycan Respublikasının vətəndaşları üçün: 1. 1 ədəd ərizə anket; 2. 2
ədəd rəngli foto-şəkil (3x4 sm ölçüdə); 4. Həmçinin aşağıdakı halların hər hansı biri zamanı yuxarıda sadalanan sənədlərə əlavə olaraq, müvafiq sənədlər təqdim olunmalıdır: 4.1.
Pasport yararsız hala düşdükdə və ya onun etibarlılıq müddəti bitdikdə:
4.2. Pasportu itdikdə və ya oğurlandıqda: - Üzərində fotoşəkil olan, şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığını müəyyənləşdirən sənədlərdən biri: - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bilet Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi; - Şəxsiyyətini və Azərbaycan Respublikasının vətəndaşlığını müəyyənləşdirən digər rəsmi sənəd (Üzərində fotoşəkil olmadığı üçün Azərbaycan Respublikasının doğum haqqında şəhadətnaməsi yeganə sənəd olaraq təqdim oluna bilməz). - Pasportun itirildiyi ölkənin polis orqanı tərəfindən müvafiq pasportun itirilməsi ilə əlaqədar müraciətin edildiyini / müvafiq pasportun itirilməsi faktını təsdiq edən arayışın əsli; * * * |