• bild1.jpg
  • bild2.jpg
  • bild4.jpg
Banner
Banner
Pasportların dəyişdirilməsi

Ümum vətəndaş pasportlarının dəyişdirilməsi

Azərbaycan Respublikası vətəndaşının pasportunun etibarlıq müddətinin keçməsinə 1 il qalmış onu yenisi ilə əvəzləmək üçün aşağıda göstərilən sənədləri poçt vasitəsilə Səfirliyə göndərə bilərsiniz. Ümum vətəndaş pasportunun rəsmiləşdirilməsi üç ayadək davam edə bilər.

Xahiş edirik ki, aşağıdakı qaydaları diqqətlə oxuyasınız. Bu qaydalara riayət olunmadığı təqdirdə sənədlər baxılmadan geri qaytarılacaqdır.

1. Ərizə-anket; (Səhifə 1, Səhifə 2)  Ərizə-anketin yalnız 1.1, 1.2, 1.3, 1.4, 1.5, 1.6, 1.7 və 1.8 saylı qrafalardakı suallara tam cavab verin və 1.8 saylı qrafanın altında (Şəxsi imzası) və 18 saylı qrafada  imza edin.

2. Ərizəçinin Səfirliyə ünvanladığı ərizə; (Nümunə
Ərizə notariat qaydada təsdiq olunmalı və nümunədə göstərilən məlumatlar öz əksini tapmalıdır (sənədlər ərizəçinin özü tərəfindən Səfirliyə şəxsən təqdim edildiyi zaman ərizənin notarial qaydada təsdiq olunmasına ehtiyac yoxdur):

3. 2 rəngli donuq fotoşəkil (35 mm x 45 mm);

4. Pasportun əsli;
Pasportun əslindən əlavə olaraq pasportun 2-ci, 3-cü, 4-cü, 5-ci və eləcə də konsulluq qeydiyyatının və ərizəçinin qüvvədə olan ölkədə yaşamaq haqqında icazəsinin (Aufenthaltserlaubnis, Aufenthaltsberechtigung və ya Niederlassungserlaubnis) olduğu səhifələrin surətləri;

5. Ərizəçinin ölkədə yaşamaq haqqında icazəsi və onun azərbaycan dilinə tərcüməsi;
(Aufenthaltserlaubnis, Aufenthaltsberechtigung və ya Niederlassungserlaubnis)

6. Yeni pasportun rəsmiləşdirilməsi üçün Səfirliyin bank hesabına 32,00 Avro məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin əsli;
(COMMERZBANK Konto Nr.: 26 61 53 601 BLZ: 100 40 000)

7. Yeni pasportun rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikası DİN-nin Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin (keçmiş OVİR) Azərbaycan Beynəlxalq Bankındakı aşağıda göstərilən hesabına 40 manatın Avro ekvivalentinin keçirilməsi barədə qəbzin əsli (qəbzdə Sizin soyadınız, adınız, atanızın adı və Almaniyadakı ünvanınız göstərilməlidir). Hər şəxs üçün dövlət rüsumu ayrıca ödəniş formasında köçürülməlidir!
Əgər dövlət rüsumu Azərbaycan Respublikasında yaşayan qohumlarınız tərəfindən ödəniləcəksə bu ərizədə qeyd edilməli və Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinə təqdim edilməlidir.

Beneficiary bank:       The International Bank of Azerbaijan
S.W.I.F.T. Code:          IBAZAZ2X
Beneficiary:                 Treasury department of central government organization (XIN)
Beneficiary account:   COR 328518-EUR-3211-01
Ünvan:  Azərbaycan,   AZ1005, Bakı, Nizami küçəsi, 67

 8. 5,00 Avro məbləğində poçt markası və Sizin ünvanınız yazılmış boş zərf.
 
Qeyd 1:
Soyad dəyişdirildiyi təqdirdə yuxarıda qeyd edilən sənədlərə soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin (Səfirlik və ya Azərbaycan Respublikasının müvafiq Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş) surəti əlavə olunmalıdır. Soyadın dəyişdirilməsi haqqında Səfirlik və ya Azərbaycan Respublikasının müvafiq Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş şəhadətnamə olmadığı təqdirdə Səfirlik tərəfindən “Soyadın dəyişdirilməsi haqqında Şəhadətnamə” alınmalıdır.
Nikahla əlaqədar soyad dəyişdirilibsə aşağıdakı sənədlər təqdim edilməlidir:
1. Soyadın nikahla əlaqədar dəyişdirilməsinə dair ərizə (sərbəst formada);
2. Nikah haqqında şəhadətnamənin surəti;
3. Doğum haqqında şəhadətnamənin surəti;
 
Qeyd 2:
Soyadın dəyişdirildiyi təqdirdə vətəndaşın Azərbaycan Respublikasında almış şəxsiyyət vəsiqəsi geri qaytarılmalıdır. Bununla əlaqədar olaraq aşağıdakı sənədlər əlavə edilməlidir:
1. Şəxsiyyət vəsiqəsinin əsli;
2. Azərbaycan Respublikası DİN Baş Pasport və Qeydiyyat İdarəsinin rəisinin adına ərizə (Nümunə-Ərizə)

 

 
Copyright © 2012 azembassy.de. Alle Rechte vorbehalten.